01.03.2018

Molla Pənah Vaqifin 300 illik yubleyi münasibəti ilə tədbir keçirilib

 

Şəki şəhər 7 nömrəli tam orta məktəbdə  Molla Pənah Vaqifin 300 illik yubleyi münasibəti ilə bədii gecə keçirilib.

Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər iştirak ediblər.

Çıxış edən məktəbin direktoru Bəkir Xəlilov tədbir iştirakçılarına Molla Pənah Vaqifin həyatı və zəngin irsi haqqında məlumat verib. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər iştirak ediblər.

Keçirilmiş bədii gecədə şagirdlərin ifasında xalq şairi Səməd Vurğunun “Vaqif” dramından “Ağaməhəmməd şah Qacarla Vaqiflə görüşü” səhnəsi məharətlə canlandırılıb. Həmçinin tədbirin gedişatında şagirdlərin şairin şeirlərindən oxuyub, sözlərindən yazılmış mahnı və romanslar, eləcə də muğam və təsniftlar ifa ediblər.

 


Açar sözlər: ,  ,