28.02.2018

“Coğrafiya gecəsi” keçirilib

Şəki şəhər 7nömrəli tam orta məktəbin gənc coğrafiya müəllimi Günel Abubəkirovanın təşkilatçılığı ilə Fənn gecəsində təhsil şöbəsinin nümayənələri, məktəbin direktoru, fənn müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbirdə VIa, VIb və VIIb sinif şagirdləri Ölkəmiz haqqında məlumat, iqtisadi rayonlar haqqında xəbərlər, Türk xalqlarının birliyini əks etdirən musiqilər, rəqslər nümayiş etdiriblər. 

Sonda Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev və məktəbin direktoru Bəkir Xəlilov çıxış edərək qeyd ediblər ki, belə fənn gecələri tədris prosesinə maraq oyadır, şagirdlərin dünyagörüşünü artırır, düşünmə qabiliyyətini, yaddaşını, diqqətini inkişaf etdirdiyini bildiriblər.

 


Açar sözlər: ,  ,