26.02.2018

“Əlaçı” televiziya layihəsinin seçim mərhələsi keçirilib

Fevralın 24-də Şəki şəhər 12 nömrəli tam orta məktəbdə “Əlaçı” televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilib.

Seçim mərhələsi Şəki, Ağsu, Balakən, İsmayıllı, Qəbələ, Qax, Oğuz, Şamaxı və Zaqatala rayonlarını əhatə edir. Seçim mərhələsində Şəki rayon ümumi təhsil məktəblərindən 30 şagird iştirak edib.

“Əlaçı” televiziya layihəsinin 6-7 ci mövsümünün iştirakçılarını seçmək üçün keçirilən bu mərhələdə bütün rayonların hər birdən yüksək nəticə göstərən şagirdlər növbəti mərhələdə iştirak edəcəklər.