26.02.2018

Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilib

Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə Xocalı faciəsində dünyasını dəyişmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən məktəbin direktoru Bəkir Xəlilov xalqımıza qarşı törədilmiş misli görünməmiş qətliyam haqqında qonaqlara ətraflı məlumat verib.

Tədbirdə şagirdlər vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını müxtəlif şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,