Fevralın 22-də Şəki şəhər 14 nömrəli tam orta məktəbdə “Vətənin müdafiyəsinə hazıram" mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən məktəbin direktoru İradə Abdullayeva milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı silsilə tədbirlərin məktəblərdə keçirilməsinin zəruriliyini qeyd edib.
Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev, Şəki rayon prokuroru Elmar Camalov, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki Şəhər-Rayon Şöbəsinin rəisi Yalçın Sadıqlı çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində müvafiq tədbirlərin əhəmiyyətini qeyd nəzərə çatdırıblar.
Şagirdlərin ifasında Vətənə, millətə, dövlət atributlarına aid vətərnpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, milli rəqs nümünələri nümayiş olunub.
Tədbirdə həmçinin, vətənpərvərlik mövzusunda şagirdlər tərəfindən bir neçə kompazisiya nümayiş etdirilib.