Fevralın 23-də Şəki şəhər 8 nömrəli tam orta məktəbdə məktəbin ingilis dili müəllimi Kəmalə Abduyevanın təşkilatçılığı ilə “Xocalı uşaqların gözü ilə” adlı ingilis dilində tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib. Sonra torpaqlarımız uğrunda Şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən məktəbin direktoru Səttar Ələsgərli Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışılıb.
Şagirdlərin çıxışı zamanı xalqımıza qarşı törədilmiş misli görünməmiş qətlyam haqqında İngilis dilində qonaqlara məlumat veriblər. Xocalı faciəsi qurbanlarına həsr olunmuş kompozisiyanı təqdim ediblər.