21.02.2018

21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbirlər keçirilib

Məktəblərdə “Ana dilim varlığımdır”, “Ana dilimizi sevək, sevdirək”, “Mənim dilim” və digə rmövzularda “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar təşkil olunub.

Müəllim və şagirdlərin iştirak etdikləri tədbirlərdə Beynəlxalq Ana Dili Gününün geniş qeyd olunmasının əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, 1999-cu ildə YUNESKO-nun baş konfransında təsis olunan Beynəlxalq Ana Dili Günü mədəni müxtəlifliyi, o cümlədən çox dilliliyi təbliğ etmək məqsədi daşıyır.

Tədbirlərdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulanıb. Qeyd olunub ki, bu gündə Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.

Qeyd edilib ki, dilimizin inkişafında vəvsaflığının qorunmasında müəllimlərində üzərinə böyük məsuliyyət düşür. Sevidirici haldır ki, Azərbaycan müəllimləri bu şərəfli missiyanın öhdəsindən layiqincə gəlməyi bacarırlar.

Çıxış edənlər Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıblar. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır.

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.

Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər, müdrik kəlamlar söyləyib, mahnılar ifa ediblər.