14.02.2018

Xalq şairinin xatirə gecəsi keçirilib

Fevralın 13-də Şəki şəhər 10 nömrəli tam orta məktəbdə Bəxtiyar Vahabzadənin xatirə gecəsi keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Səki Şəhər Təhsil Şöbəsinin müdiri Sudabər İsmayılova,məktəb rəhbərliyi, mədəniyyət müəssisələrinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyəbəyli bildirib ki, B.Vahabzadə yaradıcılığı öz aktuallığını heç zaman itirmir. Şairin külliyatı əsrlərin imtahanından çıxmış klassik irsimizin ən gözəl nümunələrindəndir.

Sonra 18 nömrəli tam orta məktəbin şagirdlərin ifasında şairin şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.


Açar sözlər: ,