14.02.2018

Şagirdlər maarifləndi

Fevralın 13-də Şəki Şəhər 18 nömrəli tam orta məktəbində Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı, Şəki Şəhər- Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun təşəbbüsu ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Anar Məmmədov qonaqları təqdim edərək, tədbirin məqsədindən söz açıb.

Daha sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəis müavini Vüqar Xəlilov “Narkomaniyaya yox deyək və törətdiyi bəlalar”, Şəki rayon prokurorunun müavini Vüqar Hacıyev “Dini radikalizimə qarşı mübarizə hər birimizin borcudur” və “Erkən nikah və onun fəsadları”, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru Tural Niftalıyev “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi mövzusunda geniş məruzələrlə çıxış ediblər. 

Sonda Şəki Şəhər 18 nömrəli tam orta məktəbin direktoru Məmməd Mahmudov öz çıxışı zamanı çalışdığı məktəbdə belə tədbirin keçirilməsinin olduqca əhəmiyyətli olmasını vurğulayıb, qonaqlara öz təşəkkürünü bildirib. 

Tədbirdə həmçinin, Təhsil Şöbəsinin, Şəki Şəhər-Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Səlim Səlimov, DİN Mətbuat xidmətinin Şəki Regional, qrupunun baş inspektoru Mahir Məsimov, həmkarlar komitəsinin nümayəndələri, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.

Tədbirin sonunda mövzu ətrafinda fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,