06.06.2017

Şəki Şəhər Təhsil Şöbəsi şurasının növbəti iclası keçirilib

         Şəki Şəhər Təhsil Şöbəsi şurasının növbəti iclası keçirilmişdir.İclası giriş sözü ilə təhsil şöbəsinin müdiri Südabər İsmayılova açmış,gündəliyi elan etmişdir.

          Metodiki kabinetin direktoru F.İbrahimovanın "Şəkinin ümumi təhsil məktəbləri şagirdlərinin fənn olimpiadalraında,müxtəlif müsabiqə,yarış və intellektual oyunlarda iştirakı,istedadlı vəqabiliyyətli uşaqların aşkara çıxarılması və onlarla aparılan işlərin təşkili vəziyyəti haqqında",təhsil şöbəsinin metodisti X.İsmayılovanın "Şəhər 2 və 19 nömrəli,Şəkikənd,Kiş kənd 2 nömrəli tam orta,Baqqal kənd ümumi orta məktəblərinin V-IX siniflərində Azərbaycan dili,ədəbiyyat və piyaziyyat fənlərinin tədrisi vəziyyəti ilə əlaqədar aparılmış monitorinqin nəticələri haqqında",aparıcı məsləhətçi B.Qüvvətovun "Qayabaşı kənd tam orta məktəbində aparılmış kompleks monitorinqin nəticələri haqqında" arayışları dinlənilib müzakirə edilmişdir.

         Müzakirələrdə təhsil şöbəsinin müdiri S.İsmayılova, Qayabaşı kənd tam orta məktəbinin direktoru Q. Hümmətov,şura üzvləri E.Abdullayev,Q.Məmmədov və başqaları iştirak etmiş,müvafiq qərarlar qəbul olunmuşdur.

         Sonda müəllimlərin Diaqnostik Qiymətləndirilməsinin nəticələri,buraxılış siniflərində keçiriləcək imtahanlara hazırlıq və bir sıra digər cari məsələlər də nəzərdən keçirilmişdir.