28 May-Respublika günü münasibətilə Şəkinin ümumi təhsil müəssisələrində bir sıra maraqlı tədbirlər keçirilmişdir.Şəki şəhər 18 nömrəli tam orta məktəb tərəfindən hazırlanmış və S.Vurğun adına Folklor evində nümayiş etdirilən "Ana yurdum, Azərbaycan" adlı musiqili ədəbi-bədii kompozisiya Dövlət Himninin ifası ilə başlamışdır.İbtidai sinif müəllimi Məryəm Orucovanın yetirmələri olan məktəblilər 99 il bundan əvvəl Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsi və yaşadığı müddət ərzində gördüyü işlər barədə tarixi faktları söyləmiş,onların ifasında Azərbaycanın üçrəngli bayrağına,vətənimizə,eləcə də onun dilbər guşəsi olan Qarabağa,müstəıqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərə həsr olunmuş şeir və mahnılar səslənmişdir.Tədbir boyu rəngarəng videoçarxlar və slaydlar nümayiş etdirilmiş,səhnəciklər göstərilmiş,uşaqlar al-əlvan kostyumlarda gözəl rəqslər ifa etmişlər.Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini E.Abdullayev,təhsil şöbəsinin metodisti Ü.İslamova,məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini T.Lətifli çıxış edərək tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik etmiş,keçən əsrin sonlarında 2-ci dəfə müstəqiliyinə qovuşmuş Azərbaycanın inkişafı və müstəqilliyinin möhkəmləndirilməsi üçün Ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmiş əzəmətli işlərdən söhbət açmış,məktəblilərə təhsildə yeni-yeni müvəffəqiyyətlər arzulamışlar.Sonda bir qrup şagirdə müxtəlif müsabiqə və yarışlarda əldə edtdikləri uğurlara görə Diplom və hədiyyələr təqdim edilmişdir.