04.05.2017

Şəkidə "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır " mövzusunda konfrans keçirilmişdir

       Ümummilli  lider Heydər Əliyevin həyat və fəaliyyətinn,zəngin irsinin böyüməkdə olan gənc  nəslə öyrədilməsi ilə bağlı Şəkinin ümumi təhsil məktəblərində müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir.Belə tədbirlərdən biri də Ulu öndərin anadan olmasının 94-cü idönümü ərəfəsində  Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin kollektivi tərəfindən hazırlanmışdır.Şəhərdəki Heydər Əliyev Mərkəzində baş tutan “Heydər Əliyev  müstəqil Azərbaycanın memarıdır” mövzusunda konfrans başlanmazdan əvvəl liseyin rəhbərliyi,müəllim və şagirdləri Heydər Əliyevin buradakı büstü önünə gül-çiçək dəstələri düzmüş,sonra Mərkəzin əməkdaşları tərəfindən onun şərəfli həyat yolunun  müxtəlif dövrlərinə aid foto-arxiv sənədləri üzrə şagirdlərə ətraflı məlumatlar verilmişdir.Konfransı giriş sözü ilə liseyin tərbiyə işləri üzrə direktor müavini Ç.İsmayılov açmışdır.Ulu öndərin xatirəsi  bir dəqiqəlik sükutla yad edildikdən sonra tarix müəllimi,Respublikanın Əməkdar müəllimi B.Yusifovun Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məuzəsi dinlənilmişdir.Mərkəzin direktoru Z.Məmmədova,Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini E.Abdullayev,şagirdlərdən C.Əzizov,N.İsmayılova,A.İsayeva və başqaları çıxış edərək Ulu öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində,dövlətçiliyinin qorunub saxlanmasında əvəzsiz xidmətlərindən,iqtisadiyyatının,elminin,mıdəniyyətinn,incəsənətinin inkişaf etdirilməsi,,ordu quruculuğu sahəsində gördüyüə zəmətli  işlərdən,gənc nəslin təhsilinə göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açmışlar.Məktəblilərin ifasında Ümummilli liderə həsr edilmiş şeirlər səsləndirilmişdir.Konfransa fizika-riyaziyyat və humanitar təmayüllü liseyin direktou F.Məmmədov yekun vurmuş, Heydər Əliyev irsinin nəsillərə bir örnək olduğunu bildirərək şagirdləin elmlərin əsaslarına dərindən yiyələnmiş vətənpərvər gənclər kimi yetişməsinin vacibliyini bir daha diqqətə çatdırmışdır.