27.04.2017

Şəki liseyində "Tanıyaq Azərbaycanı" adlı maraqlı tədbir keçirilmişdir

       Ölkəmizdə baş tutacaq IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə"Tanıyaq Azərbaycanı" adlı maraqlı tədbir keçirilmişdir.İbtidai sinif müəllimi Samirə Məmmədovanın yetirmələri  olan III sinif şagirdləri maraqlı ssenari əsasında səhnələşdirilmiş tamaşada "Oyunları izləmək üçün gələn xarici turistləri" Azərbaycanın müxtəlif bölgələrini gəzməyə dəvət eləmiş,rəngarəng videoçarxların və slaydların müşayiətiilə  Bakı və digər şəhər,rayonlar haqqında,Odlar yurdunun tarixi abidələri,əsrarəngiz gözəllikləri,milli mətbəxi,adət və ənənələri barədə geniş məlumatlar vermiş,ona həsr olunmuş şeir və mahnılar  ifa etmiş,burada yaşayan müxtəlif millətlərə xas olan bir -birindən gözəl rəqslər nümayiş etdirmişlər.Son illərdə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq və Avropa miqyaslı idman yarışları,mahnı müsabiqələri və festivalların Azərbaycanın dünyada tanınması və nailiyyətlərinin təbliğ olunması üçün mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır.

        Sonda liseyin direktoru Firqət Məmmədov və Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini Elxan Abdullayev çıxış edərək müəllim və şagirdləri tədbirin  uğurlu alınması münasibətilə təbrik etmiş,onlara yeni-yeni müvəffəqiyyətlər arzulamışlar.Bütün iştirakçılar tədbirdən xoş təəssüratlarla ayrılmışlar.