28.02.2017

Növbəti şura iclası keçirilib

      Şəki Şəhər Təhsil Şöbəsi şurasının  növbəti iclası keçirilmişdir.İclası giriş sözü ilə Təhsil Şöbəsinin müdiri,şuranın sədri S.İsmayılova açmış,gündəliyi elan etmişdir.Rayonun bir sıra ümimtəhsil məktəblərində yaradılmış qruplarda 5 yaşlıların məkətəbə hazırlığının təşkili vəziyyəti və Dərəcənnət kənd tam orta məktəbində keçirilmiş kompleks monitorinqin nəticələri barədə arayışlar dinlənilib müzakirə edilmişdir.İclasda müəllimlərin Diaqnostik qiymətləndirilməsi imtahanlarına hazırlıq,IX siniflər üzrə buraxılış imtahanlarının 1-ci mərhələsinin təşkili və bu kimi digər cari məsələlərə də baxılmış,müvafiq qərarlar qəbul olunmuşdur.