Cari ilin aprel-may aylarında ölkəmizin daha 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlərin əlavə təlim ehtiyacları müəyyən olunacaqdır.
Fevralın 20-də Şəki şəhərində Qəbələ,Oğuz və Şəki rayonlarından olan rəhbər təhsil işçilərinin iştirakı ilə Diaqnostik qiymətləndirmənin təşkili və keçirilməsi qaydaları,qiymətləndirmədə iştirak edəcək müəllimlərin tərkibinin müəyyənləşdirilməsi və s. bu kimi məsələlərlə əlaqədar maatrifləndirmə xarakterli müşavirə keçirilmişdir.Müşavirəni giriş sözü ilə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova açmış,Təhsil Nazirliyinin məsul işçiləırini iştirakçılara təqdim etmişdir.Respublika Təhsil Nazirliyi İnsan Resursları şöbəsi müdirinin əvəzi Eşqin Bağırov və İnformasiya şöbəsinin aparıcı məsləhətçisi Səadət Veysova təhsil işçilərinə geniş məlumat vermiş,onları maraqlandıran sualları ətraflı cavablandırmışlar.