13.01.2017

Şəki şəhər təhsil şöbəsi şurasının növbəti iclası keçirilmişdir

        Şəki Şəhər Təhsil Şöbəsi şurasının növbəti iclası keçirilmişdir.İclası giriş sözü ilə təhsil şöbəsinin müdiri S.İsmayılova açmış,gündəliyi elan etmişdir.Metodkabinetin direktoru F.İbrahimova 2016-2017-ci dərs ilində ənənəvi fənn olimpiadalarının aparılması qaydaları barədə məlumat vermiş,yanvar ayının 15-də keçiriləcək 1-ci mərhələyə görülən hazırlıq işləri barədə danışmışdır.İclasda həmçinin ümumi təhsil məktəblərinin IX və XI siniflərində təhsil alan məktəblilər barədə məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsinin vəziyyəti təhlil olunmuş,bu işin başa çatdırılmasının vacibliyi diqqətə çatdırılmışdır.Təhsil şöbəsi şurasının iclasında 4 saylı Ərazi Maliyyə-Hesablaşma Mərkəzi rəisinin müavini S.İbrahimov da iştirak və çıxış etmişdir.Müzakirə edilən məsələlərlə bağlı məktəb direktorlarından Ə.Əhmədov,Ş.Şüayeva,X.Ağabəyov və başqaları öz fikirlərini söyləmiş,maliyyələşmə ilə əalqədar bəzi məsələlərə aydınlıq gətirilməsi üçün müvafiq suallarla müraciət etmişlər.