Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur.
Qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edir. Eyni zamanda bu qiymətləndirməyə Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri də qatılıb.
Diaqnostik qiymətləndirmə yanvarın 11-də də davam edəcək.