IX siniflərdə builki buraxılış imtahanları forma və məzmun etibarı ilə ilk dəfə keçirildiyindən bu imtahanların keçirilmə qaydası və məzmunu ilə bağlı kifayət qədər sualların olacağı gözlənilir.Ona görə də Respublika Təhsil Nazirliyi bu məsələ ilə əlaqədar təhsil işçilərinin maarifləndirilməsini məqsədəmüvafiq hesab etmiş və rayon (şəhər) təhsil şöbələri üçün 3 təqdimat hazırlamışdır.1) IX sinif buraxılış imtahanlarında yeni qaydalar,2) yeni tip suallar-Azərbayan dili, 3) yeni tip suallar - riyaziyyat.
Bu təqdimatlarla bağlı dekabr ayının sonunda Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları və onların müavinləri ilə müvafiq seminar və yığıncaqlar keçirilmişdir.Yeni ilin ilk günlərində isə Azərbayan dili və riyaziyyat müəllimləri ilə ayrı-ayrılıqda seminarlar keçirilərək təqdimatlar geniş müzakirə edilmiş,təhsil şöbəsinin müdiri Südabər İsmayılova,metodkabinetin direktoru Firəngiz İbrahimova və fənn metodistləri tərəfindən onlara zəruri izahatlar verilmişdir.Seminar və yığıncaqlarda təhsil işçiləri tərəfindən müxtəlif rəy və təkliflər də irəli sürülmüşdür.Hazırda Təhsil Nazirliyi tərəfindən hazırlanmış təqdimatlar məktəblərin özlərində keçirilən yığınaqlarda da müzakirə olunmaqdadır.