29.12.2016

Şəkidə “Mən fəxr edirəm ki,Azərbaycanlıyam!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir

     31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar Şəki şəhər 12 nömrəli tam orta məktəbdə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam! " adlı ədəbi-bədii kpompozisiya nümayiş etdirilmişdir.Məktəbin Azırbaycan dili və ədəbiyyat müəllimi Nübar Abdullayevanın təşkilatçılığı ilə hazırlanmış tədbirdə əvvəlcə Dövlət Himni ifa olunmuş ,sonra şagirdlərin ifasında doğma vətənimizə,onun əsrarəngiz gözəlliklərinə,dostluğa,birliyə,həmrəyliyə həsr olunmuş müxtəlif şeir və mahnılar səslənmiş,rəngarəng videoçarxalr göstərilmiş,şən rəqslər və idman nömrələri bir-birini əvəz etmişdir.Məktəbin direktoru Türabə Hümmətova,Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini Elxan Abdullayev,TİAHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin dünya Azərbaycanlılarının həmrəyliyinə nail olunması və müstəqil respublikamızın inkişafı,onun haqq səsisnin dünyanın hər yerində eşidilməsi üçün gördüyü əzəmətli işlərdən danışmış,məktəbin şagird və müəllim kollektivini əlamətdar bayram və Yeni il münasibətilə təbrik etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya Azərbaycanlılarına müraciəti səsləndirilmişdir.

      Tədbirin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar məktəbdə keçirilmiş rəsm və şeir müsabiqələrinin qaliblərinə məktəb rəhbərliyinin mükafatları təqdim olunmuşdur.