22.12.2016

Şəkidə Xalq şairi Süleyman Rüstəmin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

      Xalq şairi Süleyman Rüstəmin 110 illiyi ilə əlaqədar dekabrın 21-də S.Vurğun adına Folklor evində Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbin kollektivi tərəfindən hazırlanmış "Süleyman Rüstəm işığında" adlı ədəbi-bədii gecə keçirilmişdir.Aparıcılar şairin həyat və yaradıcılığı barədə geniş məlumat vermiş,məktəblilər Süleyman Rüstəmin müxtəlif mövzularda şeirlərini və poemalarından parçaları söyləmiş,pyeslərindən səhnələşdirilmiş hissələr nümayiş etdirmişlər.Ədəbi-bədii gecədə onun sözlərinə yazılmış mahnılar ifa olunmuş,rəngarəng slaydlar və videoçarxlar,eləcə də ssenari müəllifi olduğu "Atları yəhərləyin" bədii filmindən fraqmentlər göstərilmişdir.Ədəbi-bədii gecədə Şəki Şəhər İcra Hakimiyyəti humanitar şöbəsinin məsləhətçisi M.Səlim,AYB Şəki bölməsinin rəhbəri,şair V.Aslan və Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini E.Abdullayev çıxış edərək Süleyman Rüstəm yaradıcılığının məziyyətlərindən danışmış,tədbirin hazırlanmasında zəhməti olan müəllimlərə və şagirdlərə,məktəb rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

       İştirakçılar ədəbi-bədii gecədən xoş təəssüratlarla ayrılmışlar.