13.12.2016

Ümummilli lider Heydər Əliyevin xatirəsi Şəki məktəblərində ehtiramla yad edilmişdir

         Ümummilli lider Heydər Əliyevin xatrəsi bu günlərdə ölkəmizin hər yerində olduğu kimi,Şəkinin ümumi təhsil məktəblərində də böyük ehtiramla yad edilmişdir.  Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif konfarnslar,şeir,rəsm və inşa yazı müsabiqələri keçirilmiş,rayondakı Heydər Əliyev Mərkəzində ayrı-ayrı məktəblərin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

        Şəki rayonu,I Biləcik kənd tam orta məktəbində müəllim və şagirdlər məktəbin foyesində düzəldilmiş guşədə Ulu öndərin portreti qarşısına gül-çiçək dəstələri qoyduqdan sonra "Dünya Azərbaycanlılarının Ümummmilli lideri,qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir" mövzusunda elmi-nəzəri konfrans öz işinə başlamışdır.Konfransı giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini R.Bədiyev açmış,Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.I Biləcik kənd məktəbinin tarix müəllimi S.Bilalov,II Biləcik kənd tam və Baqqal kənd ümumi orta məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri R.Ağasiyev və V.Məmmədova Ümummilli liderin zəngin həyat və fəaliyyətinin müxtəlif tərəflərini əhatə edən məruzələrlə çıxış etmişlər.Məktəb direktorlarları T.Həsənova,İ.İbrahimxəlilov,N.Səmədov,Şəki Şəhər Təhsil şöbəsi müdirinin müavini E.Abdullayev və təhsil şöbəsinin metodisti R.Rəşidov da konfransda çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən,gördüyü əzəmətli işlərdən konkret faktlarla söhbət açmışlar.Məktəblilər konfrans iştirakçıları qarşısında doğma vətənimizə,Ulu öndərə həsr edilmiş müxtəlif şeirlər ifa etmişlər.

    Dekabrın 12-də isə səhər saatlarından başlayaraq şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri Ulu öndərin şəhər icra hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət etmişlər.Şəkinin pedaqoji  kollektivlərinin nümayəndələri də abidə önünə əklillər və gül dəstələri düzərək Ümummilli liderin xatirəsini bir daha böyük hörmət və ehtiramla yad etmişlər.
.