“Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli,271 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin 5 avqust 2016-cı il tarixli,548 nömrəli əmrinə uyğun olaraq 5 yaşı 2016 –cı ildə tamam olan uşaqlar üçün respublikamızın ümumtəhsil məktəblərində 2016-2017-i dərs ilindən etibarən məktəbə hazırlıq qrupları yaradılmışdır.Şəkinin 66 ümumtəhsil məktəbində yaradılmış bu cür 100 qrupa 1961 nəfər 5 yaşlı uşaq cəlb edilmişdir ki, onlardan da1895 nəfəri 97 qrupda Azərbaycan bölməsi,66 nəfəri isə 3 qrupda rus bölməsi üzrə ümumi təhsil prosesinə hazırlıq keçirlər.Məktəbəhazırlıq təhsilini aparmaq üçün müvafiq ixtisas təhsilli və təcrübəli müəllimlər seçilmiş,onlar üçün sentyabr ayında öyrədici təlimlər təşkil olunub keçirilmişdir.Respublika Təhsil Nazirinin 16.09.2016-cı il tarixli,614 nömrəli əmri ilə bu qrupların tədris planları da təsdiq olunmuş,uşaqlar və müəllimlər üçün təlim və metodiki vəsaitləri hazırlanıb çap edilmişdir.Şəki şəhərinin 8,12,14 və 20 nömrəli tam orta məktəblərində bu günlərdə aparılmış müşahidələr göstərmişdir ki,5 yaşlılar məşğələlərə həvəslə davam edir,tədris olunan mövzulara böyük maraq göstərirlər.Müəllimlər isə məşğələlərin maraqlı və canlı keçməsi üçün bütün mümkün üsul -vasitələrdən bacarıqla istifadə edirlər.