Respublika Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi nümayəndələrinin iştirakı ilə avqust ayının 2-də Şəki Şəhər Təhsil Şöbəsi şurasının növbəti iclası keşirilmişdir.İclası Şəki ŞTŞ-nın müdiri Südabər İsmayılova açaraq gündəliyi elan etmişdir.Təhsil şöbəsi müdirinin müavini Elxan Abdullayevin "Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyevin 15 sentyabr 2015-ci il tarixdə -Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılışındakı nitqindən irəli gələn vəzifələrin icrası barədə Respublika Təhsil Nazirliyinin Fəaliyyət planının icrası ilə əlaqədar Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən 2015-2016-cı dərs ilində görülmüş işlər haqqqında",təhsil şöbəsiinin məsləhətçisi Qalib Məmmədovun "Ümumtəhsil məktəblərində 2015-2016-cı dərs ili üçün IX siniflər üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri haqqında",ibtidai siniflər üzrə metodist Çimnaz Mustafayevanın "2015-2016-cı dərs ilində vaxtından əvvəl I siniflərə qəbul edilmiş xüsusi istedada malik uşaqların təlim nəticələri haqqında" məruzələri dinlənilib müzakirə edilmişdir.4 saylı ƏMHM-nin rəisi İlqar Mahmudov şura iclsında çıxış edərək
ümumtəhsil məktəblərinin təmiri,avadanlıqlarla təchizatı,pedaqoji və texniki işçilərin əmək haqlarının ödənilməsi və s. bu kimi işlər üçün maliyə vəsaitlərinin ayrılması və xərclənməsi məsələlərindən danışmış,bu sahədə bəzən rast gəlinən çatışmazlıqların aradan qaldırılmasının vacib olduğunu qeyd etmişdir.Şuranın sədri Südabər İsmayılovanın yekun çıxışında bir sıra cari məsələlərə də toxunulmuş və onların həlli üçün məktəb rəhbərlərinə müvafiq tapışırıqlar verilmişdir.