Respublika Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı çərçivəsində "Azərbaycan Üçün Öyrət "təhsil proqramı maraqlı bir layihə həyata keçirmişdir. "Təhsil avtobusu" Bakıdan yola çıxaraq 1 həftə müddətində Lənkəran, Quba, Gəncə və Şəkidə akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün 2 günlük düşərgələr-yay məktəbləri təşkil etmişdir.Yay məktəbi çərçivəsində şagirdlərə dərslər, fərdi inkişaf təlimləri keçirilmiş və intellektual yarışlar təşkil olunmuşdur."Təhsil avtobusu" nun son dayanacağı iyulun 20-də Şəkidə olmuşdur."Cənnət bağı" İstirahət mərkəzində təşkil edilmiş yay düşərgəsinə cəlb olunmuş uşaqları ilk olaraq "Azərbaycan Üçün Öyrət" proqramının məsləhətçisi Şahin Seyidzadə,Kapital Bankın Şəki filialının rəhbəri Əli Orucov və Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini Elxan Abdullayev salamlamış,onlara xoş istirahət və təlimdə uğurlar arzulamışlar.Sonra isə cədvəl üzrə nəzərdə tutulan təlimlərə start verilmişdir.Şagirdlər bu təlimlərdən yeni biliklər və xoş təəssüratlarla ayrılmışlar.