Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən vətəndaşların müraciətlərinə baxılması və müvafiq tədbirlərin görülməsinə xüsusi diqqət yetirilir.Bu məqsədlə təhsil şöbəsində xüsusi komissiya da yaradılmışdır.Eyni zamanda Respublika Təhsil Nazirliyinin tövsiyəsinə əsasən 2015-ci ilin dekabr ayından etibarən həm də bilavasitə yerlərdə səyyar qəbulların təşkil edilməsi də razılıqla qarşılanmışdır.Müddət ərzində rayonun ayrı-ayrı ərazilərində 96 ümumtəhsil məktəbini əhatə edən 22 belə səyyar qəbul keçirilmişdir.Bu sıradan sonuncu səyyar qəbul ucqar dağ zonasındakı Baş Göynük kənd 1 və 2 nömrəli,Baş Şabalıd kənd tam orta və Yeni Göynük kənd ümumi orta məktəbləri daxil olmaqla Baş Göynük kənd 1 nömrəli tam orta məktəbində iyunun18-də baş tutmuşdur.Şəki Şəhər Təhsil Şöbəsinin müdiri S.İsmayılova şura üzvləri E.Abdullayevin və Q.Məmmədovun iştirakı ilə vətəndaşların təhsil məsələləri,məktəblərin fəaliyyəti ilə bağlı müraciətlərini dinləmiş,onların bir çoxuna yerindəcə aydınlıq gətirilmiş,bəziləri isə baxılıb mövcud qanunvericiliyə uyğun həll edilməsi üçün qeydiyyata götürülmüşdür.Vətəndaşlar yerlərdə bu cür qəbulların təşkilinə görə öz minnətdarlıqlarını bildirmişlər.