16.06.2016

Şəki məktəblərində "Son zəng" tədbiri keçirildi

      2015-2016-cı dərs ilinin yekunlarına görə Şəkinin 93 tam və ümumi orta məktəblərinin IX siniflərini 1964 nəfər, XI siniflərini isə 1778 nəfər şagird bitirir.14 iyun 2016-cı il tarixdə ölkəmizin hər yerində olduğu kimi, Şəki məktəblərində də ənənəvi “Son zəng” tədbiri keçirildi. Şəhərin qabaqcıl təhsil müəssisələrindən olan 14 nömrəli tam orta məktəbdə  keçirilən tədbirdə direktorun tərbiyə işləri üzrə müavini S.Əliəsgərovanın dəvəti ilə məktəbin 16 nəfər XI sinif məzunu alğış sədaları altında meydana daxil oldular.Məktəbin direktoru İ.Abdullayeva mərasimi açıq elan etdikdən sonra Dövlət Himni səsləndirildi.Önbirincilərin elə özlərinin aparıcılıq etdikləri  tədbirdə məzunların,müəllimlərin,valideynlərin həyəcanlı, kövrək çıxışları,təbrik və arzuları bir -birini əvəz etdi,şən mahnı və rəqslər ifa olundu.Birincilər də öz növbəsində məzunları şeirlərlə təbrik etdilər.Onların hər birinə onbirincilər tərəfindən Azərbaycanın Dövlət Bayrağı hədiyyə edildi.Marş sədalarının müşayiəti ilə estafet  rəmzi olaraq onuncu sinfi bitirən şagirdlərə ötürüldü.Tədbirin qonaqları - Şəki  Bələdiyəsinin sədri E.İbadov,şəhər təhsil şöbəsinin məsləhətçisi B.Qüvvətov və başqaları çıxış edərək məktəbin  müəllim və şagird kollektivini əlamətdar gün münasibətilə təbrik etdilər,məzunlara xoş sözlərini çatdıraraq onlara uğurlu yol arzuladılar.Son zəng tədbirində məktəbin dərs ili ərzində fərqlənmiş bir qrup müəllim və şagirdinə Fəxri Fərmanlar və Diplomlar təqdim edildi.Olduqca məzmunlu,maraqlı və yaddaqalan təşkil edilmiş tədbir son zəngin çalınması ilə başa çatdı.


Açar sözlər: