13.06.2016

2015-2016-cı dərs ilində müxtəlif olimpiada,yarış və müsabiqələrdə qalib olmuş Şəki məktəblilərinin ictimaiyyətə təqdimatı mərasimi keçirilmişdir

        S.Rəhman adına Şəki Dövlət Dram teatrında iyunun 10-da 2015-2016-cı tədris ilində Respublika və Beynəlxalq miqyaslı olimpiada,yarış və müsabiqələrdə qalib olmuş Şəki məktəblilərinin ictimaiyyətə təqdimatı mərasimi keçirilmişdir.Dövlət Himni səsləndirildikdən sonra uğurları qeyd olunmaqla müxtəlif ümumtəhsil məktəblərində təhsil alan 23 nəfər şagird səhnəyə dəvət edilmişdir.Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbirdə çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışmış,Şəki təhsilinin uğurlarını qeyd etmiş və qalib məktəbliləri təbrik edərək onlara öz arzularını çatdırmışdır.

        Sonra tədbir iştirakçılarının alqışları altında olimpiada,yarış və müsabiqə qalibləri olan şagirdlərə mükafatlar təqdim olunmuşdur.Bədii hissədə "Zirvə" xalq-instrumental ansamblının və Respublikanın Xalq Artisti Cəmilə Bayramovanın rəhbərliyi ilə "Dəcəl qızlar" rəqs kollektivinin çıxışları tədbirə xüsusi rəng qatmış və maraqla qarşılanmışdır.


Açar sözlər: