13.06.2016

Şəkidəki 5 nömrəli tam orta məktəbdə "Əlvida,ibtidai sinif" adlı maraqlı tədbir keçirilmişdir

    İyunun 10- da M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzində Şəki şəhər 5 nömrəli tam orta məktəbin IV a sinif şagirdləri tərəfindən "Əlvida, ibtidai sinif " adlı maraqlı tədbir keçirildi. Rayonun qabaqcıl və yenilikçi müəllimləırindən olan Atlas Namazovanın yetirmələri əldə etdikləri bilik və bacarıqları məharətlə nümayiş etdirdilər.Aparıcılar 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" , Şəkinin isə Türk dünyasının Mədəniyyət paytaxtı elan olunduğunu xüsusi vurğuladılar, rəngarəng videoçarx və slaydların müşayiəti ilə dördüncülər Azərbaycan,rus,ingilis və türk dillərində müxtəlif şeir və mahnılar ifa etdilər,əyləncəli səhnəciklər, idman nömrələri və dünya xalqlarının repertuarından rəqslər göstərdilər.Tədbirdə valideynlər,müəllimlər və şəhər təhsil şöbəsinin nümayəndələri çıxış edərək uşaqların bu səviyyədə yetişməsində böyük zəhməti olan Atlas müəlliməni və məktəbliləri dərs ilinin uğurla yekunlaşdırılması,qazanılan nailiyyətlər münasibətilə ürəkdən təbrik etdilər.Məktəbin direktoru,Respublikanın Əməkdar müəllimi Filyar İbrahimova tədbirə yekun vuraraq Şəki şəhər 5 nömrəli tam orta məktəbin 2015-2016-cı dərs ilində əldə etdiyi nailiyyətləri bir daha diqqətə çatdırdı,məktəbin bütün müəllim və şagird kollektivinə gələcək fəaliyyətlərində daha da böyük uğurlar arzuladı.


Açar sözlər: