Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə Şəki ictimaiyyəti ilə görüşdə verdiyi tapşırığa əsasən tikilmiş və 2005-ci ildə istifadəyə verilmiş Kiş kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbdə əvvəlcədən tərtib edilmiş qrafikə uyğun olaraq həmin kənddə yerləşən digər 3 məktəbi də əhatə etməklə Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilmişdir.Qəbulda Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova təhsil şöbəsi şurasının üzvləri E.Abdullayev və B.Qüvvətovun iştirakı ilə təhsil məsələlərinə dair vətəndaşların müraciətlərini dinləmiş, bir sıra məsələlərə yerindəcə aydınlıq gətirilmişdir.Onlardan bəziləri isə baxılıb qanunvericiliyə uyğun həll edilməsi üçün qeydiyyata götürülmüşdür.Məktəbin direktoru E.Qarayev sonda çıxış edərək yerlərdə baş tutan bu cür səyyar qəbulların çox səmərəli olduğunu qeyd etmiş və təşkilinə görə iştirakçılar adından minnətdarlığını bildirmişdir.