1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəkinin ümumtəhsil məktəblərində də maraqlı və yaddaqalan tədbirlər keçirilmişdir.Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbdə bu münasibətilə "Uşaq hüquqları və cəmiyyət' mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə məktəbin direktoru S.Ələsgərli açmış, Dövlət Himni ifa olunmuşdur. Elmi -nəzəri konfransada məktəbin müəllimlərindən R.Ələsgərov,K.Məmmədov,N.Mahmudova,A.İsgəndərov,M.Hacıyev , M.İslamov,XI sinif şagirdi A.Nəsrullayeva,şəhər təhsil şöbəsinin metodisti E.Məhərrrəmova müxtəlif mövzularda məruzə və çıxışlar etmişlər.Məktəblilər dünya xalqlarının repertuarından rəngarəng mahnı və rəqs nümunələri göstərmiş,müxtəlif dillərdə şeirlər söyləmişlər.
Sonda Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini E.Abdullayev çıxış edərək uşaq hüquqlarının qorunması sahəsində ölkəmizdə görülən işlərdən,onlara göstərilən dövlət qayğısından geniş danışmış,balacaları bayram münasibətilə təbrik etmişdir.