18.04.2022

“Şahinlər” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

  Oğuz Rayon Təhsil Şöbəsi, Oğuz Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahinlər” hərbi – idman oyunları yarışının rayon mərhələsi keçirilib. Yarış iştirakçıları əvvəlcə təntənəli marşla şəhərin mərkəzi küçələri ilə yürüş edərək Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanı ziyarət ediblər.

"Şahinlər" hərbi-idman oyunu Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə keçirilib.

  Oyunun rəsmi açılış mərasimi olub. Açılış mərasimində Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov və Gİİ-in rəisi Ramiz Mahmudov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Mərasimdə həmçinin Oğuz Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin və FHN-nin Oğuz bölməsinin əməkdaşları iştirak ediblər. Oyunda ümumtəhsil məktəbləri üzrə 8-11-ci sinif şagirdlərindən ibarət 11 komanda iştirak edib.

Məktəblilərin sıra,mülki müdafiə,tibbi bacarıqlar, fiziki hazırlıqları, maneələrin dəf olunması, üzrə bacarıqları yoxlanılıb.

  Qeyd edək ki, “Şahinlər” hərbi idman oyunlarının təşkil olunmasında məqsəd ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter almasına, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunmasına, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılmasına nail olmaqdır.

  Oyunların nəticələrinə əsasən , rayon mərhələsi üzrə 1-ci yeri N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin şagirdləri qazanmışdır.

2-ci yer Böyük Söyüdlü kənd tam orta məktəb və 3-cü yer E.Abdullayev adına 2 nömrəli tam orta məktəbinin şagirdlərinə aiddir.

Onu da nəzərinizə çatdıraq ki, N.İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin komandası zona birinciliyində iştirak edəcəkdir.

Oyunda iştirak edən bütün şagirdlərimizə təşəkkür edir, qalib komandaya uğurllar arzulayırıq!