03.09.2018

Şəki rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçiriləcək

Şəki rayon təhsil işçilərinin növbəti ənənəvi konfransı 7 sentyabr 2018-ci il tarixdə saat 11:00-da “Şəki Park” istirahət mərkəzinin konfrans zalında keçiriləcək. Konfransda 2017-2018-ci dərs ilinin yekunları təhlil olunacaq, 2018-2019-ci dərs ilində qarşıda duran məsələlərin həlli yolları müəyyənləşdiriləcək. Konfransda rayonun bütün ümumtəhsil və məktəbdənkənar müəssisələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.