İsmayılova Südabər Şöyüb qızı

 

1956-cı ildə Bideyiz kəndində anadan olub.1963-1971-ci illərdə əsas təhsili başa vurduqdan sonra Şəki Pedaqoji Texnikumuna qəbul olunub.1975-ci ildə texnikumun əmək – rəsmxətt müəllimi ixtisasını bitirib.Təyinatla Bideyiz kənd məktəbinə ixtisas üzrə müəllim təyin edilib. 1975-1980-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun ÜTF – fizika fakultəsində ali təhsil alıb.

1980-cı ildən Bideyiz kənd tam orta məktəbində müəllim, 1995-ci ildən isə həmin məktəbdə direktor vəzifələrində işləyib.

2010-cu ilin dekabr ayından Şəki ŞTŞ-nın müdiri vəzifəsinə təyin edilmişdir.

I dərəcəli dövlət qulluqçusudur.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

1994-cü ildən YAP-ın üzvüdür. 1996-cı ildən isə YAP Şəki Təşkilatı İdarə Heyətinin üzvüdür.

Ailəlidir, 2 övladı var