19.06.2020

Respublika fənn olimpiadalarının qalibləri ilə videogörüş keçirilib.

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova Respublika fənn olimpiadalarının qalibləri ilə videogörüş keçirilib.

Görüşdə, həmçinin Təhsil Şöbəsinin əməkdaşları, məktəb diretorları, olimpiada qalibləri və onların müəllimləri iştirak edib.

Məktəbliləri nailiyyətləri münasibətilə təbrik edən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova təkcə rayon təhsil işçilərinin deyil, bütün rayon ictimaiyyətinin onunla qürur duyduğunu deyib.

Olimpiada qalibləri öz çıxışlarında istedadlı uşaqlara göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkürünü bildiriblər.

Qeyd edək ki, Şəki rayon ümumtəhsil məktəblərindən Respublika fənn olimpiadalarının final turunda iştirak edən 8 məktəblidən 6-sı medal qazanıb.