29.04.2020

Müsabiqə qalibləri bəllidir

"Dünəndən bu günə şərəfli tariximiz" mövzusunda 8-11-ci sinif şagirdləri arasında keçirilən esse yazı müsabiqəsi  başa çatıb.

Milli Məclisin deputatı Vüqar İskəndərovun təşəbbüsü, Şəki şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə 100-də çox məktəbli iştirak edib. Artıq onlar arasından qaliblər müəyyənləşib.

Qiymətləndirməyə əsasən, I yerə - Şəki şəhər R.Əfəndiyev adına 10№li tam orta məktəbin IX sinif şagirdi Səfərova Nübar Rizvan qızı , II yerə - Şəki şəhər 21 N-li tam orta məktəbin IX sinif şagirdi Süleymanov Elmir Mürşüd oğlu, III yerə isə Şəki şəhər R.Əfəndiyev adına 10№li tam orta məktəbin VIII sinif  şagirdi Xəlilova Ətir Rövşən qızı layiq görülüblər.

Qaliblərin mükafatlandırılmasında deputat şəxsən iştirak edib. Şagirdlərin evlərinə gedən millət vəkili elə mükafatlarını da qapıda onlara təqdim edib. 

Qeyd edək ki, yer tutmuş hər üç esse "Facebook" sosial şəbəkəsində #evdeqalsaglamqal və #bizbirlikdegucluyuk haştaqları ilə paylaşılacaq.


Açar sözlər: ,  ,