11.04.2020

“Dünəndən bu günə şərəfli tariximiz” mövzusunda esse yazı müsabiqəsi keçiriləcək.

Milli Məclisin deputatı Vüqar İskəndərovun təşəbbüsü, Şəki şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə aprelin 20-nə kimi Şəkidə rayon məktəblərinin 8-11-ci sinifləri arasında “Dünəndən bu günə şərəfli tariximiz” mövzusunda esse yazı müsabiqəsi keçiriləcək.

Məktəblilərin evdə qalmaqla yazacağı bu esse 2000 işarədən çox olmamaqla hazırlanmalı və anarnagiyev86@gmail.com adresinə göndərilməlidir.

Qaliblərin müəyyənləşdirilməsi Şəki şəhər Təhsil Şöbəsinin tövsiyyə etdiyi müəllimlər tərəfindən həyata keçiriləcək. Sonda ən yaxşı 3 yazı müəllifinə hədiyyə veriləcək və yazıları “Facebook” sosial şəbəkəsində #evdeqalsaglamqal və #bizbirlikdegucluyuk haştaqları ilə paylaşılacaq.


Açar sözlər: ,