18.02.2020

Təhsil Şurasının növbəti iclası keçirilib

Fevralın 18-də Şəki Şəhər Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda təhsil şöbəsini rəhbərliyi və əməkdaşları, rayon ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

İclasda fevralın 14-də Təhsil Nazirliyi aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanları rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda keçirilmiş müşavirədə verilən tapşırıqlar, eləcə də  IX və XI sinif sınaq imtahanlarının nəticələri və buraxılış imtahanlıarında nəticələrin yüksəldilməsi üçün görüləcək işlər müzakirə olunub.

Sonda məktəb direktorını maraqlandıran suallar cavablandırılıb.

 


Açar sözlər: ,  ,