20.02.2020

"Gənclər narkomaniyaya yox deyir" mövzusunda maarifləndirici tədbir keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı və Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü  ilə Şəki şəhər 6 nömrəli tam orta məktəbdə  "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin direktoru Nərminə Abdullayeva, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.

Sonda Şəki şəhər 6 nömrəli tam orta məktəbin direktoru Nərminə Abdullayeva  öz çıxışı zamanı çalışdığı məktəbdə belə tədbirin keçirilməsinin olduqca əhəmiyyətli olmasını vurğulayıb, qonaqlara öz təşəkkürünü bildirib. 

Tədbirin sonunda mövzu ətrafinda fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,  ,