12.01.2020

Respublika fənn olimpiadalarının birinci―rayon mərhələsi keçirilib

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Şəki rayonunda da 2019-2020-ci dərs ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci―rayon mərhələsi keçirilib.

Bilik yarışında rayon ümumtəhsil məktəblərinin 9, 10, 11-ci sinif şagirdlərindən 744 nəfər iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilir.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə 3 saat ərzində cavablandırmaları üçün fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Şəki rayonu üzrə olimpiada Qoxmuq kənd  tam orta məktəbdə keçirilib. Saat 10:00-dan başlanan bilik yarışı 13:00-da başa  çatıb.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.