30.12.2019

Yeni il  münasibətilə bayram tədbirləri keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub.

Tədbirlərdə Təhsil Şöbəsinin əməkdaşları,  təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər.

Bayram tədbirlərində məktəblilərə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə geniş məlumat verilib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirlərdə şagirdlər Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,  ,  ,