06.12.2019

İ. Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Şəki rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiya zamanı Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı 3 hektar ərazidə, rayon mərkəzi xəstəxanasının ətrafında, Zərifə Əliyeva küçəsi boyunca, M.F.Axundzadə adına mədəniyyət və istirahət parkının ərazisində, Bideyiz kəndinin yaxınlığında 4 hektar ərazidə minlərlə ağac əkilib.

Ağacəkmə aksiyasında Şəki şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil Şöbəsinin və digər idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Bayram əhval-ruhiyyəsi ilə keçən aksiyada əvvəlcə dahi şairin qəzəlləri və şeirlərinə bəstələnmiş musiqilər səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.


Açar sözlər: ,  ,  ,