07.11.2019

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar  keçirilib

Şəki rayon Əsmayə Fərəcova adına Böyük Dəhnə kənd 2 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi,  İ.Nəsimi yaradıcılığı barədə məlumat əldə etməsindən ibarətdir.

Tədbirdə çıxış edənlər bildiriblər ki,  İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir.

 Tədbir müddətində şagirdlər müxtəlif səhnəciklər nümayiş etdirib, şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,