04.11.2019

Tədris ilinin ilk səyyar qəbulu

Noyabrın 2-də rayonun Birinci, İkinci Biləcik və Baqqal kəndləri üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.

Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Şəki rayon Birinci Biləcik kənd tam orta məktəbdə müəllim və valideynləri qəbul ediblər.

Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova vətəndaşların müraciət və təkliflərini dinləyib, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.