31.10.2019

İnformatika fənnindən “Fərdi kompüter” mövzusunda açıq dərs keçirilib

Oktyabrın 31-də Şəki şəhər 12 nömrəli tam orta məktəbin  informatika müəllimi Təranə Musayeva tərəfindən V sinifində informatika fənnindən Fərdi kompüter” mövzusunda açıq dərs keçirilib.

Şagirdlərin fəal iştirakı ilə keçirilmiş dərs zamanı şagirdlər “Planşet”, “Noutbuk” “Ovuciçi”, “Masaüstü”, adlı qruplar şəklində bölünüblər. Təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzvlərinin müzakirəsindən sonra qrup liderləri tərəfindən suallar cavablandırılıb.

Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim tərəfindən qiymətləndirilib. Həmçinin Şəki Şəhər Təhsil Şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən sonda dərsin gedişatı müzakirə olunub.

 

 


Açar sözlər: ,  ,