30.10.2019

Psixoloqların növbəti seminarı keçirilib

Şəki Şəhər  Təhsil Şöbəsində psixoloqların növbəti seminarı keçirilib. Seminarda təhsil şöbəsinin məsul şəxsləri və Şəki rayon ümumtəhsil məktəblərinin psixoloqları iştirak edib.

Seminarın keçirilməsinin əsas məqsədi məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Seminarda psixoloqun fəaliyyət planı, çətin tərbiyyə olunan uşaqlar və onlarla işin aparılması məsələləri müzakirə edilib.

Psixoloqlara psixoloji işin düzgün qurulması, psixoloqların məktəb mühitini düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunması məqsədilə müəyyən tapşırıqlar verilib.

 


Açar sözlər: ,  ,  ,