23.10.2019

Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə tədbirlər keçirilib.

Oktyabrın 23-də Şəki şəhər 10 nömrəli tam orta məktəbin akt zalında ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə tədbir keçirilib.

Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətinin artırılması, şagirdlərdə oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır

Tədbirdə çıxış edənlər  bu günün əhəmiyyətindən bəhs edərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Daha sonra şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.

Qeyd edək ki, 1999-cu ildən etibarən UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq Məktəb Kitabxanaları Günü təsis edilib.


Açar sözlər: ,  ,  ,  ,