04.10.2019

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Şəki Şəhər Təhsil Şöbəsinin  və Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon Komitəsinin təşəbbüsü ilə  5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəki Şəhər Təhsil Şöbəsinin akt zalında tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin  və Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon Komitəsinin əməkdaşları, Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki Şəhər-Rayon Şöbəsinin rəisi Yalçın Sadıqlı qabaqcıl təhsil işçisi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edənlər ilk olaraq hər kəsi əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildiriblər. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev hər zaman müəllim əməyini yüksək qiymətləndirib, onlara hörmət və ehtiramla yanaşıb. Müəllimlərin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Sonda öz səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə Azad Həmkarlar İttifaqının Şəki şəhər Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub.