19.09.2019

“Diqqət, uşaqlar” təhlükəsizlik aylığı çərçivəsində tədbir keçirilib.

Sentyabrın 19-da “Diqqət, uşaqlar” təhlükəsizlik aylığı çərçivəsində Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev şəhər 5 nömrəli tam orta məktəbdə  maarifləndirmə və təbliğat xarakterli tədbir keçirilib.

Tədbir zamanı, şagirdlərə küçə hərəkəti qaydaları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb və hər birinə “Piyadanın vəzifələri” yazılmış vərəqələr paylanıb.

Tədbirin yekununda, “Yol Hərəkət Qaydalarına Əməl Edək-Qəzalardan Uzaq Olaq” şüarı səsləndirilib.

Qeyd edək ki, respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı cari ilin oktyabr ayının 15-dək keçiriləcək.

 


Açar sözlər: ,  ,