16.09.2019

Şəki rayonunun Oxud kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib

Şəki  rayon Oxud kənd ümumi orta məktəbdə yeni modul tipli məktəb quraşdırılıb. sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarət olan modul tipli məktəbdə 96 şagirdin təlim-tərbiyəsi ilə  20 müəllim məşğul olacaq.

Açılış mərasimində Təhsil Şöbəsinin müdiri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Məktəbin direktoru Murad İsmayılov çıxışında Oxud kəndində yeni məktəb binasının istifadəyə verilməsinin valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

Çıxışında yeni modul tipli məktəblər haqqında məlumat verən Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova deyib ki, bu tip məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, ən əsası isə sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Tədbirdə məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.

Açılış mərasimindən sonra şagirdlər məktəb zənginin sədaları altında yeni sinif otaqlarına daxil olublar.

 


Açar sözlər: ,  ,  ,  ,