11.09.2019

Şəki şəhərinin  məzunu Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev 2019-2020-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Şəki şəhər 5 nömrəli tam orta məktəbin məzunu Musayeva Arzu Qalib qızı da bu ada layiq görülüb.

Qeyd edək ki, Arzu 675 balla Şəki rayonunda ən yüksək bal toplayan məzundur və qızıl medala layiq görülüb, 2015-ci ildə Respublika fənn olimpiadalarının birincisi, 2016-ci ildə  Respublika fənn olimpiadalarının bürünc medalını, 2017-ci ildə Respublika fənn olimpiadalarının bürünc medalını, 2018-ci ildə Respublika fənn olimpiadalarının gümüş medalını, 2019-cu ildə Respublika fənn olimpiadalarının bürünc medalını və 2018-ci ildə “Əlaçı” intellektual verilişinin qalibi olub.